×
A
A
A
Sazlamalar

“Thales” şirkətlər qrupunun Bakıda regional nümayəndəliyi açılır

Bakı, 15 mart, AZƏRTAC

Prezident İlham Əliyevin Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü zamanı “Thales” şirkətinin Azərbaycan və Gürcüstan üzrə təmsilçisi Henrik Klaner bildirib ki, şirkət Bakıda regional nümayəndəlik yaradır.
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən AZƏRTAC-a bildirilib ki, beynəlxalq miqyasda nəqliyyat, təchizat və sənaye sahəsində tanınmış “Thales” şirkətlər qrupunun Bakıda açılacaq yeni nümayəndəliyi Azərbaycan da daxil olmaqla, şirkətin Gürcüstan və Mərkəzi Asiya ofislərinin fəaliyyətini koordinasiya edəcək.
Henrik Klaner bildirib ki, şirkət Azərbaycanda nəqliyyat sahəsində fəaliyyət göstərən əsas tərəfdaşlarla, o cümlədən ADY ilə yaxından əməkdaşlıq etməyi planlaşdırır.
Azərbaycanın regionun əsas nəqliyyat mərkəzlərindən birinə çevrildiyini qeyd edən H.Klaner “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizləri üzrə dəmir yolu infrastrukturunun müasirləşdirilməsi istiqamətində ADY ilə potensial əməkdaşlıq imkanları haqqında ətraflı danışıb.

Nəqliyyat 2023-03-15 19:04:00