KOBİA-da BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq məsələləri müzakirə edilib
Bakı, 15 mart, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycan üzrə rezident nümayəndəsi vəzifəsini icra edən Nuno Queiros ilə görüşüb.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə agentliyin fəaliyyəti, mikro, kiçik və orta sahibkarlara göstərdiyi dəstək və xidmətlər barədə məlumat verilib, Azərbaycanda sahibkarlığın inkişafı, KOB-lara dəstək mexanizmləri, eləcə də potensial əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.
® “Azercell Telekom” Heydər Əliyevin ən sevdiyi kitabları audio və elektron formatlarda təqdim edir
Bələdiyyə torpaqlarının idarəedilməsi sahəsində qarşıya çıxan məsələlər müzakirə olunub
Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin genişləndirilməsi əhəmiyyətlidir
Sahibkarlığın İnkişafı Fondu müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında müsabiqə keçirir
İqtisadiyyatda rəqəmsallaşmanın tətbiqi müasir dövrün tələbidir