Özbəkistan ilə enerji sahəsində tərəfdaşlığın perspektivləri müzakirə olunub
Bakı, 15 mart, AZƏRTAC
İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistan Prezidentinin müşaviri Alişer Sultanovla görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nazir Mikayıl Cabbarov görüşdə dövlət başçılarının ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verdiklərini vurğulayıb, keçirilən görüşlərin və aparılan danışıqların önəmini diqqətə çatdırıb.
Görüşdə energetika, nəqliyyat-logistika, kənd təsərrüfatı, əczaçılıq, rəqəmsallaşma, kiçik və orta biznes, sənaye, o cümlədən avtomobil sənayesi və digər istiqamətlər üzrə tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanların olduğu diqqətə çatdırılıb, ölkələrimizin regionları arasında münasibətlərin inkişafının əhəmiyyəti vurğulanıb. Bildirilib ki, əlaqələrin genişlənməsində mühüm platforma olan Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın 11-ci iclasında əldə olunmuş razılıqların həyata keçirilməsi üçün önəmli addımlar atılıb. İqtisadi əlaqələrin əsas istiqamətlərindən olan ticarət sahəsində ötən il 63 faizdən çox artım olub. Bundan əlavə, qarşılıqlı investisiya qoyuluşları sahəsində əməkdaşlığın genişləndirilməsi üçün imkanlar var və bu imkanların reallaşdırılması üçün zəruri işlər görülür.
Özbəkistan Prezidentinin müşaviri Alişer Sultanov ölkəsinin Azərbaycanla iqtisadi əlaqələrin genişləndirilməsinə önəm verdiyini vurğulayıb, iqtisadi sahədə tərəfdaşlığın möhkəmləndirilməsi barədə fikirlərini bölüşüb.
Tərəflər ticarət əlaqələrinin genişləndirilməsi üzrə təşəbbüslər, birgə investisiya layihələri, enerji sahəsində tərəfdaşlığın perspektivləri, işğaldan azad olunmuş ərazilərimizdə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirə aparıblar.
Bələdiyyə torpaqlarının idarəedilməsi sahəsində qarşıya çıxan məsələlər müzakirə olunub
Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin genişləndirilməsi əhəmiyyətlidir
Sahibkarlığın İnkişafı Fondu müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında müsabiqə keçirir
İqtisadiyyatda rəqəmsallaşmanın tətbiqi müasir dövrün tələbidir
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir