“CanSat Azərbaycan 2023” müsabiqəsinin “Reallaşdırma” mərhələsinə start verilir
Bakı, 15 mart, AZƏRTAC
On ali təhsil müəssisəsindən, ümumilikdə 76 iştirakçıdan təşkil olunmuş 15 komanda “CanSat Azərbaycan 2023” model peyk müsabiqəsinin “Layihələndirmə” mərhələsini uğurla tamamlayaraq növbəti, yəni “Reallaşdırma” mərhələsində iştirak etmək hüququ qazanıb. Beləliklə, müsabiqənin “Reallaşdırma” mərhələsinə start verilir.
“Azərkosmos”dan AZƏRTAC-a bildirilib ki, bu mərhələdə komandalar hazırladıqları model peykin və onun hissələrinin görüntüləri, layihələndirmə mərhələsindən sonrakı dəyişikliklər və keçirdikləri sınaq nəticələrini tələb olunan digər materiallar ilə birlikdə 2023-cü il mayın 31-dək şablon nümunədə hazırlanmış hesabat formasında “cansat.az” veb-saytına yükləməlidirlər. “Reallaşdırma” mərhələsinin nəticələri ekspert komissiyası tərəfindən veb-sayta yüklənən hesabat sənədləri və komandaların təqdimatı əsasında qiymətləndiriləcək.
Bu mərhələdə rəqabət aparacaq komandaların tam siyahısı ilə buradan tanış ola bilərsiniz.
Qeyd edək ki, “CanSat Azərbaycan” müsabiqəsi ali təhsil müəssisələrinin tələbələri arasında kosmik sahəyə marağın artırılması, bu sahədə fundamental bilik və bacarıqlar formalaşdıraraq yerli kadrların yetişdirilməsi məqsədilə təşkil edilir. Müsabiqədə gənclərin qarşısına qoyulan tapşırıqlar elektronika, mexanika və proqramlaşdırma kimi mühəndislik istiqamətləri üzrə nəzəri biliklərin əldə olunub təcrübədə tətbiqi və təkmilləşdirilməsinə şərait yaradır.
® “Azercell Telekom” Heydər Əliyevin ən sevdiyi kitabları audio və elektron formatlarda təqdim edir
Bələdiyyə torpaqlarının idarəedilməsi sahəsində qarşıya çıxan məsələlər müzakirə olunub
Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin genişləndirilməsi əhəmiyyətlidir
Sahibkarlığın İnkişafı Fondu müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında müsabiqə keçirir
İqtisadiyyatda rəqəmsallaşmanın tətbiqi müasir dövrün tələbidir