×
A
A
A
Sazlamalar

“AzerGold” ötən il büdcəyə 39,2 milyon manat vergi ödəyib

Bakı, 15 mart, AZƏRTAC

“AzerGold” QSC tərəfindən 2022-ci ildə dövlət büdcəsinə 39,2 milyon manat vergi ödənilib.
QSC-dən AZƏRTAC-a bildirilib ki, hesabat ilində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənişlər isə 5,3 milyon manatdan çox olub. Bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə vergi ödənişlərində 32 faiz, DSMF ödənişlərində isə 60 faiz artım deməkdir.
Cəmiyyətin ümumi fəaliyyət dövrü ərzində vergi ödənişləri 103,7 milyon manat, DSMF ödənişləri isə 14,7 milyon manat olub. Qeyd edək ki, 2021-ci il vergi ödənişləri 29,7 milyona manat, DSMF ödənişləri isə 3,3 milyon manat təşkil edib.

İqtisadiyyat 2023-03-15 15:41:00