×
A
A
A
Sazlamalar

® “Ziraat Bank Azərbaycan”dan Ümummilli Liderin anadan olmasının 100-cü ildönümü münasibətilə ağacəkmə aksiyasına dəstək!

Sosial iqtisadi inkişaf istiqamətində daim fəal iştirak edən “Ziraat Bank Azərbaycan” gələcək nəsillərə yaşanılabilən bir dünya bəxş etmək üçün Müşfiqabad qəsəbəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən ağacəkmə kampaniyasına qoşulub. Sözügedən kampaniyada Bankın rəhbər heyəti və əməkdaşları iştirak edib.

Martın 15-də keçirilən ağacəkmə kampaniyası Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ABA, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında martın 13-də imzalanmış “Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” çərçivəsində baş tutub. İmzalanan memorandum çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə tərəflərin iştirakı ilə 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 min ağac olmaqla, ümumilikdə 1 milyon ağacın əkilməsi ilə əlaqədar müvafiq işlərin görülməsi nəzərdə tutulub.
“Ziraat Bank Azərbaycan” ASC Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 2014-cü il 30 dekabr tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir. Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı feysbuk, instaqram, tviter, linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

İqtisadiyyat 2023-03-15 15:42:00