×
A
A
A
Sazlamalar

Zlatan İbrahimoviç millimiz ilə oyun üçün İsveç yığmasına cəlb olunub

Bakı, 15 mart, AZƏRTAC

Futbol üzrə “Avro-2024”ün seçmə mərhələsində Belçika və Azərbaycan millilərini qəbul edəcək İsveç yığmasının heyəti açıqlanıb.
AZƏRTAC xəbər verir ki, komandaya 26 futbolçu dəvət olunub.
Heyətdə qapıçılar - Kristoffer Nordfeldt (AIK), Robin Olsen, ("Aston Villa", İngiltərə), Viktor Yohansson ("Roterham Yunayted”), müdafiəçilər - Emil Holm ("Spetsiya", İtaliya), Ludviq Augustinsson ("Malyorka", İspaniya), Hjalmar Ekdal ("Bernli", İngiltərə), Viktor Nilsson Lindelöf (“Mançester Yunayted", İngiltərə), İsak Hein ("Verona", İtaliya), Joel Andersson ("Midtüllan", Danimarka), Qabriel Qudmundsson ("Lill", Fransa), Edvin Kurtulus ("Hammarbi"), Karl Starferlt ("Seltik", Şotlandiya), yarımmüdafiəçilər - Yesper Karlsson (AZ, Niderland), Emil Forsberq (“Leyptsiq”, Almaniya), Mattias Svanberq (“Volfsburq”, Almaniya), Kristoffer Olsson (“Midtyullan”, Danimarka), Samuel Qustafson (“Haken”), Albin Ekdal (“Speziya”, İtaliya), Yesper Karlström (“Lex”, Polşa), hücumçular - Zlatan İbrahimoviç (“Milan”, İtaliya), Deyan Kuluşevski (“Tottenhem”, İngiltərə), Aleksander İsak (“Nyukasl”, İngiltərə), Viktor Klaesson (“Kopenhagen”, Danimarka), Robin Quayson (“Əl-Ettifaq”, Səudiyyə Ərəbistanı), Anthoni Elanqa (“Mançester Yunayted”, İngiltərə) və Viktor Dyekereş (“Koventri”, İngiltərə) yer alıblar.
Qeyd edək ki, İsveç yığması martın 24-də Belçika, üç gün sonra isə Azərbaycan millisini Solnada qəbul edəcək.

İdman 2023-03-15 15:38:00