×
A
A
A
Sazlamalar

UEFA Konfrans Liqası: “Başakşehir” klubu “Gent”ə qarşı

Bakı, 15 mart, AZƏRTAC

Bu gün UEFA Konfrans Liqasında səkkizdəbir final mərhələsinin cavab matçlarına start veriləcək.
AZƏRTAC xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.
“Başakşehir” klubu Türkiyədə Belçikanın “Gent” komandasını qəbul edəcək. İstanbul təmsilçisi ilk görüşdə 1:1 hesablı heç-heçə edib.
Qeyd edək ki, bu mərhələnin digər oyunları martın 16-da keçiriləcək.

İdman 2023-03-15 13:48:00