×
A
A
A
Sazlamalar

ÜGT-nin Baş katibi: Orta Dəhliz Qafqaz və Mərkəzi Asiya ölkələri üçün də böyük əhəmiyyət kəsb edir

Bakı, 15 mart, AZƏRTAC

Orta Dəhliz Qafqaz və Mərkəzi Asiya ölkələri üçün də böyük əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Baş katibi Kunio Mikuriya Bakıda keçirilən Transxəzər Beynəlxalq nəqliyyat Şərq-Qərb Dəhlizi boyu "bir pəncərə" prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi üzrə çoxtərəfli görüşdə çıxışı zamanı deyib.
O qeyd edib ki, Orta Dəhliz Asiyanı Avropa ilə bir-birinə bağlayır. Məqsəd odur ki, ticarət arasıkəsilməz qaydada işləsin və böyük səmərə versin. Məhz ona görə də bu dəhlizin beynəlxalq ticarət nöqteyi-nəzərdən əhəmiyyəti böyükdür.
ÜGT-nin Baş katibi bildirib ki, dəhlizin keçdiyi ölkələr gömrük prosedurlarını sadələşdirməlidir.

İqtisadiyyat 2023-03-15 12:42:00