×
A
A
A
Sazlamalar

Asset Assavbayev: Gömrük-keçid məntəqələri arasında informasiya mübadiləsinin aparılması vacibdir

Bakı, 15 mart, AZƏRTAC

Çoxtərəfli əməkdaşlıq olmasa, yükdaşımalarda sadələşməyə nail olmaq mümkün olmaz. Hesab edirəm ki, bu baxımdan bir sıra məsələlər də həll edilməlidir.
AZƏRTAC xəbər verir ki, bunu “TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Asset Assavbayev Bakıda keçirilən Transxəzər Beynəlxalq nəqliyyat Şərq-Qərb Dəhlizi boyu "bir pəncərə" prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi üzrə çoxtərəfli görüşdə çıxışı zamanı deyib.
O qeyd edib ki, xüsusən, gömrük-keçid məntəqələri arasında informasiya mübadiləsinin aparılması vacibdir. Təbii ki, bu tranzit yükdaşımalara daha az vaxt sərf edilməsinə şərait yaradacaq.
Onun sözlərinə görə, gömrük-tranzit prosedurlarının sadələşdirilməsi zamanı milli maraqlarla yanaşı, regionda olan ölkələrin maraqları da nəzərə alınmalıdır. Həmçinin beynəlxalq konvensiyaların tələblərindən də çıxış edərək sadələşməyə gedilməlidir. O, “TRACECA”nın dəstək verməyə hazır olduğunu bildirib.

İqtisadiyyat 2023-03-15 12:26:00