×
A
A
A
Sazlamalar

Nazir: Orta dəhlizin imkanlarından maksimal şəkildə istifadə etmək lazımdır

Bakı, 15 mart, AZƏRTAC

Hazırkı geosiyasi şəraitdə Orta dəhlizin imkanlarından maksimal şəkildə istifadə etmək lazımdır.
AZƏRTAC xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Transxəzər Beynəlxalq “Şərq-Qərb” Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi (Data pipeline) üzrə çoxtərəfli görüşdə bildirib.
Onun sözlərinə görə, Azərbaycanda nəqliyyatda yüklərin daşınması istiqamətində müxtəlif işlər görülüb. Belə ki, yük təyyarələri, gəmi potensialının artırılması sahəsində böyük işlər həyata keçirilib. Bakı-Tbilisi-Qars dəmir yolu xətti tikilib və istifadəyə verilib, bu xəttin nəqletmə gücünün artırılması istiqamətində də işlər aparılır.
Nazir onu da qeyd edib ki, ötən il tranzit daşımalar kəskin artıb, lakin buna baxmayaraq, bir sıra infrastruktur çatışmamazlıqlar hələ də var və onların aradan qaldırılması istiqamətində birgə çalışmaq lazımdır. Nəqliyyat və infrastruktur potensialının artırılması ilə yanaşı, dəhliz çərçivəsində koordinasiya məsələləri də çox vacibdir.

İqtisadiyyat 2023-03-15 12:03:00