×
A
A
A
Sazlamalar

“Sumqayıt” – “Qarabağ” oyunu ilə Premyer Liqanın XXVII turuna start veriləcək

Bakı, 15 mart, AZƏRTAC

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura start veriləcək.
AZƏRTAC xəbər verir ki, günün ilk oyununda “Sumqayıt” klubu “Qarabağ”ı qəbul edəcək. “Sumqayıt” klubu 21 xalla turnir cədvəlində yeddinci, Ağdam təmsilçisi 68 xalla birinci pillədə qərarlaşıb.
Günün ikinci matçında “Sabah” komandası “Zirə”nin qonağı olacaq. Meydan sahibləri 37 xalla dördüncü, “Sabah” isə 59 xalla ikinci yerdədir.
Qeyd edək ki, XXVII turun "Səbail" - "Turan Tovuz" və "Neftçi" - "Kəpəz" oyunları martın 16-da, "Qəbələ" - "Şamaxı" görüşü isə martın 17-də keçiriləcək.

İdman 2023-03-15 11:34:00