Qadın güləşçilərimizin qitə birinciliyində ilk rəqibləri bəlli olub
Bakı, 14 mart, AZƏRTAC
Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-23 Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, martın 15-də qadın güləşçilər mübarizəyə qoşulacaqlar.
Martın 14-də güləşin bu növü üzrə püşkatma mərasimi keçirilib. Təmsilçilərimizin ilk rəqibləri bəlli olub. Belə ki, Şəhanə Nəzərova (50 kq) moldovalı Mariya Leorda, Gültəkin Şirinova (53 kq) İtaliya idmançısı Mariya Ferone, Elnurə Məmmədova (55 kq) polşalı Angelika Mitkovska, Jalə Əliyeva (57 kq) Ukrayna güləşçisi Aleksandra Xomenets, Birgül Soltanova (65 kq) bolqarıstanlı Gergana Stoyanova, Nigar Mirzəzadə (68 kq) isə slovakiyalı Suzanna Molnar ilə qarşılaşacaq.
Qeyd edək ki, martın 15-də Ş.Nəzərova, E.Məmmədova və N.Mirzəzadə mübarizəyə start verəcək. Digər qadın güləşçilərimiz isə növbəti gün xalçaya çıxacaqlar.
İsveçli atlet şüvüllə tullanmada yeni dünya rekordu vurub
Basketbol üzrə Azərbaycan Kubokunun qalibi "Neftçi" olub
Bədii gimnastika üzrə Dünya Kuboku: Çoxnövçülük yarışında lider dəyişib
Ralf Ranqnik “Bavariya”nın baş məşqçisi ola bilər
Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib