×
A
A
A
Sazlamalar

Xəzər rayonunda evdə yanğın olub

Bakı, 14 mart, AZƏRTAC

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli 5 otaqlı evin tavanı və dam örtüyünün yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə 2023-03-14 22:04:00