×
A
A
A
Sazlamalar

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 14 mart, AZƏRTAC

Martın 14-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0201040067 ISIN-li, 40 milyon manat həcmində, 1092 gün olan tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 28 investor tərəfindən qiymət intervalı 83.3171 (14 faiz) manat və 95.3428 (8.8 faiz) manat olan 60 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 93.9982 (9.34 faiz) manat, orta ölçülmüş qiyməti 94.5723 (9.1083 faiz) manat müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 142 milyon 226 min 500 manat, yerləşdirilmiş həcmi isə 40 milyon manat təşkil edib. İstiqrazlar 2026-cı il martın 10-da ödəniləcək.
Hərrac iştirakçıları martın 15-dək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Maliyyə 2023-03-14 17:21:00