×
A
A
A
Sazlamalar

Millimiz Gürcüstan klubu ilə yoxlama oyununda qalib gəlib

Bakı, 14 mart, AZƏRTAC

Tbilisidə təlim-məşq toplanışını davam etdirən 16 yaşadək basketbolçulardan ibarət millimiz növbəti yoxlama oyununu keçirib.
AZƏRTAC Azərbaycan Basketbol Federasiyasına istinadla xəbər verir ki, oyunda yerli “Akademiya komandası ilə üz-üzə gələn baş məşqçi Tahir Baxşıyevin yetirmələri parketdən 74:50 hesablı qələbə ilə ayrılıblar.
Qeyd edək ki, təlim-məşq toplanışı martın 17-dək davam edəcək.

İdman 2023-03-14 14:34:00