×
A
A
A
Sazlamalar

“Qarabağ” - “Qalatasaray” matçının başlama vaxtı açıqlanıb

Bakı, 14 mart, AZƏRTAC

Martın 26-da Ağdamın “Qarabağ” və Türkiyənin “Qalatasaray” futbol komandaları arasında keçiriləcək xeyriyyə xarakterli yoldaşlıq oyununun başlama vaxtı açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Bakı Olimpiya Stadionunda oynanılacaq matç saat 20:00-da başlayacaq.
Qeyd edək ki, oyundan əldə olunacaq bütün gəlir qardaş Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

İdman 2023-03-14 14:29:00