“Rısya” - ikinci MDB Oyunlarının talismanı
Bakı, 13 mart, AZƏRTAC
Avqustun 3-dən 15-dək Belarusda keçiriləcək ikinci MDB Oyunlarının talismanı müəyyənləşib.
AZƏRTAC Belarus Milli Olimpiya Komitəsinə istinadla xəbər verir ki, talisman “Rısya” adlı vaşaq seçilib.
“Güclü xarakter - parlaq oyun!” şüarı ilə keçiriləcək oyunlarda 20 idman növü üzrə 3 minədək idmançı medallar uğrunda mübarizə aparacaq.
İlk MDB Oyunlarına 2021-ci ildə Kazan ev sahibliyi edib. Azərbaycan idmançıları həmin yarışda 15 qızıl, 16 gümüş və 29 bürünc medala sahib olmuşdular.
XTNS-dəki “Azərbaycan” pavilyonunda xarici diplomatların iştirakı ilə şahmat turniri keçirilib
“Mançester Siti” İngiltərə kubokunun qalibi olub
Azərbaycan kuboku: “Neftçi” - “Qəbələ” oyunu başlayıb
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Bakıda keçirilən dünya çempionatını izləyib
“Neftçi” və “Qəbələ” komandalarının start heyətləri açıqlanıb