İran millisinin yeni baş məşqçisi müəyyənləşib
Bakı, 13 mart, AZƏRTAC
Futbol üzrə İran millisinin yeni baş məşqçisi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, bu barədə İran Futbol Federasiyası məlumat yayıb. Karluş Keyruşun gedişindən sonra bu vəzifəyə Əmir Qalenoi təyin edilib.
Federasiya ilə 56 yaşlı iranlı məşqçi arasında ilkin müqavilə 2024-cü ildə keçiriləcək Asiya Millətlər kuboku yarışlarınadək nəzərdə tutulub. Hər iki tərəfin razılaşacağı təqdirdə sözləşmə 2026-cı ildə təşkil olunacaq mundialadək uzadılacaq.
Qeyd edək ki, Qalenoi “Traktor”, “İstiqlal”, “Sepahan”, “Mas Kerman”, “Zob Ahan”, “Gol Gohar” komandalarını çalışdırıb. O, 2006-2008-ci illərdə də İran milli komandasına rəhbərlik edib.
Göygöl və Buxarestdə güləş üzrə təlim-məşq toplanışına start verilib
“Mançester Siti” dünyanın ən bahalı futbol brendidir – Reytinq siyahısı
“İnter” Çempionlar Liqasının final oyununa ciddi itkilərlə çıxacaq
Paralimpiyaçılarımız IBSA Dünya Oyunlarında iştirak edəcəklər
Azərbaycan məşqçiləri Beynəlxalq Cüdo Federasiyasının akademiyasında təhsillərini davam etdirirlər