×
A
A
A
Sazlamalar

Paytaxtın müxtəlif ərazilərində marşrut xəttində gecikmələr var

Bakı, 13 mart, AZƏRTAC
Vahid Dispetçer Xidmətinin bu gün axşam pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 78 müntəzəm marşrut xətti üzrə 188 avtobusun hərəkət intervalında gecikmələr var.
AZƏRTAC-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib ki, aşağıdakı marşrut xətləri üzrə gecikmələr var:
1. Bakı-Sumqayıt şosesi - Moskva prospekti – Tbilisi prospekti şəhər istiqamətində və əks istiqamətdə 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 18-25 dəqiqə gecikmə müşahidə olunur.
2. Həsən bəy Zərdabi küçəsi - 20 Yanvar dairəsi istiqamətində 7B, 9, 14, 18, 29, 165, 194, 205 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 17-27 dəqiqə gecikmə müşahidə olunur.
3. 3-cü mkr dairəsi istiqamətində Ceyhun Səlimov küçəsi, Rövşən Cəfərov küçəsi, Cavadxan küçəsi, Asif Məhərrəmov küçələrindən keçən 7A, 7B, 9, 61, 67, 79, 83, 85, 92, 119, 135, 165, 199 və 211 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 20-28 dəqiqə gecikmə var.
4. Abdulvahab Salamzadə küçəsi - Ziya Bünyadov prospekti istiqamətində 7A, 7B, 61, 67, 83, 199 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 18-26 dəqiqə gecikmə müşahidə olunur.
5. Akademik Həsən Əliyev küçəsi - hər iki istiqamətdə 6, 13, 61 və 83 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-20 dəqiqə gecikmə qeydə alınır.
6. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə 16-23 dəqiqə gecikmə müşahidə olunur.
7. Əhməd Rəcəbli küçəsi hər iki istiqamətdə 2, 11, 24 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 18-25 dəqiqə gecikmə var.
8. Qara Qarayev prospekti, Məhəmməd Hadi küçəsi– hər iki istiqamətdə (avtobus zolağının olmasına baxmayaraq digər nəqliyyat vasitələri zolağın tələbini pozurlar) 7A, 11, 15, 21, 30, 35, 40, 44, 46, 49, 51, 62, 64, 81 və 132 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 17-20 dəqiqə gecikmə müşahidə olunur.
9. Heydər Əliyev prospekti şəhər istiqamətində 1, 2, 13, 38 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 18-23 dəqiqə gecikmə qeydə alınır.
10. Xocalı prospekti - Yusif Səfərov küçəsi Heydər Əliyev prospekti istiqamətində 1, 2, 4, 10, 21, 30, 32, 46, 49 nömrəli müntəzəm və E1 ekspres marşrut xətlərindəki avtobuslararası intervallarda 16-26 dəqiqəyə gecikmə müşahidə olunur.
11. Binəqədi şosesi – hər iki istiqamətdə 71, 79, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 21-27 dəqiqə gecikmə var.
12. Zabrat şosesi – Maştağa qəsəbəsi istiqamətində 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15 -20 dəqiqə gecikmə müşahidə olunur.
13. Mikayıl Useyinov küçəsi Azneft meydanı istiqamətində (avtobus zolağının olmasına baxmayaraq digər nəqliyyat vasitələri zolağın tələbini pozurlar) 5, 6, 53, 88, 125, 127, 205 nömrəli müntəzəm və E1 ekspres marşrut xətlərindəki avtobuslararası intervallarda 18-24 dəqiqə gecikmə qeydə alınır.
14. İstiqlaliyyət küçəsi, Niyazi küçələri hər iki istiqamətdə 6, 10, 53, 65 və 205 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 17-24 dəqiqə gecikmə mövcuddur.
15. 28 May küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva küçəsi, Neftçilər prospekti Azneft dairəsi istiqamətində 5, 18, 88, 125 və 127 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 20-26 dəqiqə gecikmə müşahidə olunur.
16. Dilarə Əliyeva küçəsi hər iki istiqamətdə 1, 2, 14, 21, 30, 32, 49 və 88A nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 17-25 dəqiqə gecikmə var.
17. Abdulla Şaiq küçəsi - İnşaatçılar prospekti - Bakıxanov küçəsindən keçən 3, 17, 14, 37 və 96 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 18-27 dəqiqə gecikmə müşahidə olunur.
18. Salatın Əsgərova küçəsi Azadlıq prospekti ilə kəsişməyə qədər 5 və 11 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 18-20 dəqiqə gecikmə qeydə alınır.
19. Xətai prospektindən keçən 11 və 199 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 17-22 dəqiqə gecikmə var.
20. Lökbatan dairəsi istiqamətində Salyan şosesi, Bakı dairəvi yol və Lökbatan yolundan keçən 125, 127, 205, 206 № müntəzəm və E1 ekspres marşrut xətlərindəki avtobuslararası intervallarda 16-25 dəqiqə gecikmə müşahidə edilir.

Nəqliyyat 2023-03-13 18:22:00