Paracüdoçumuz Namiq Abaslı Qran-Pri turnirinin finalına yüksəlib
Bakı, 13 mart, AZƏRTAC
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) paracüdo üzrə milli komandasının üzvü Namiq Abaslı Qran-Pri turnirində finala yüksəlib.
AZƏRTAC AMPK-ya istinadla xəbər verir ki, Misirin İsgəndəriyyə şəhərində keçirilən turnirdə 73 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz yarımfinalda yaponiyalı rəqibi Y.Setonu məğlub edərək finala vəsiqə qazanıb.
Martın 16-dək davam edəcək turnir “Paris-2024” XVII Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.
Qeyd edək ki, yarışdan əvvəl Beynəlxalq Paralimpiya Komitəsinin qaydalarına uyğun olaraq idmançılar üçün göz tibbi təsnifat keçirilib. Tibbi təsnifatdan uğurla keçmiş idmançılar yarışda iştirak hüququ əldə ediblər.
Türk mütəxəssis Qəbələ, Oğuz və Şəkidə voleybolçu qızların seleksiya məşqini izləyib
İstanbul derbisində "Qalatasaray" "Fənərbağça"nı məğlub edib
Taekvondo üzrə dünya çempionatının keçici bayrağı Azərbaycandan Çinə ötürülüb
Dünya Taekvondo Federasiyası Azərbaycan millisini mükafatlandırıb