Renat Dadaşov “Qrasshopper”də növbəti qolunu vurub
Bakı, 13 mart, AZƏRTAC
Futbol üzrə İsveçrə çempionatında 24-cü turun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” doğma meydanda “Vintertur”la qarşılaşıb.
Futbolçumuzun komandası oyundan qələbə ilə ayrılıb - 2:1. R.Dadaşov da bu görüşün iştirakçısı olub. O, əsas heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. “Qrashopper”in ilk qolunu da elə məhz 41-ci dəqiqədə R.Dadaşov vurub.
Qeyd edək ki, “Qrasshopper” 24 turdan sonra 28 xalla 10 iştirakçı arasında yeddinci pillədə qərarlaşıb.
“IronWind” açıq Azərbaycan turnirinin qalibləri bəlli olub
Türk mütəxəssis Qəbələ, Oğuz və Şəkidə voleybolçu qızların seleksiya məşqini izləyib
İstanbul derbisində "Qalatasaray" "Fənərbağça"nı məğlub edib
Taekvondo üzrə dünya çempionatının keçici bayrağı Azərbaycandan Çinə ötürülüb
Dünya Taekvondo Federasiyası Azərbaycan millisini mükafatlandırıb