“Neftçi” klubu Azərbaycan çempionatlarında 500-cü qələbəsini qazanıb
Bakı, 13 mart, AZƏRTAC
“Neftçi” futbol klubu Azərbaycan çempionatlarında 500-cü qələbəsini qazanıb.
AZƏRTAC Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, yubiley Azərbaycan Premyer Liqasının XXVI turuna təsadüf edib. Bakı klubu səfərdə “Şamaxı”nı 1:0 hesabı ilə üstələyib.
Paytaxt təmsilçisi ölkə çempionatındakı 879-cu matçında “500”ə çatıb. Komanda evdə 276, səfərdə 217, neytral meydanda 7 dəfə qalib gəlib.
Bütün çempionatların iştirakçısı olan “Neftçi” ilk qələbəsini 1992-ci ildə qazanıb. Mayın 8-də Sumqayıt “Xəzər”i ilə qarşılaşan Bakı klubu 1:0 hesabı ilə üstün olub.
Qeyd edək ki, “Neftçi” qələbə sayında yalnız “Qarabağ”dan geri qalır. Rekordçu olan Ağdam təmsilçisi 505 dəfə rəqibini məğlub edib.
XTNS-dəki “Azərbaycan” pavilyonunda xarici diplomatların iştirakı ilə şahmat turniri keçirilib
“Mançester Siti” İngiltərə kubokunun qalibi olub
Azərbaycan kuboku: “Neftçi” - “Qəbələ” oyunu başlayıb
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Bakıda keçirilən dünya çempionatını izləyib
“Neftçi” və “Qəbələ” komandalarının start heyətləri açıqlanıb