×
A
A
A
Sazlamalar

Vinq çun üzrə açıq Bakı turnirinin qalibləri müəyyənləşib

Bakı, 13 mart, AZƏRTAC

Azərbaycan Vinq Çun Federasiyası “Heydər Əliyev İli”nə həsr olunmuş açıq Bakı turniri keçirib.
Federasiyadan AZƏRTAC-a bildiriblər ki, Bakı Biznes Universitetinin birgə təşkilatçılığı ilə keçirilən yarışda idmançılar iki versiyada - “vinq çun-kontakt” və “vinq çun-taolu” üzrə güclərini sınayıblar.
Yarışın açılış mərasimində federasiyanın prezidenti, Əməkdar məşqçi Asif Sayadov çıxış edərək Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu idman siyasəti barədə məlumat verib. Eyni zamanda, gələcək aylarda keçiriləcək mötəbər yarışlar haqqında danışıb.
Daha sonra federasiyanın vitse-prezidenti Mahmud Mehtioğlu, baş hakim Şahin Mustafayev, baş məşqçi Arzuman Rəsulzadə çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar.
Turnirdə federasiyanın üzvü olan klub və filiallardan ümumilikdə 200-ə yaxın atlet iştirak edib.
Ümumilikdə 21 çəki dərəcəsində uşaq, yeniyetmə, gənclər və böyüklər arasında qaliblər müəyyənləşib.

İdman 2023-03-13 13:52:00