“Qarabağ” klubu Azərbaycan Premyer Liqasında yeni rekorda imza atıb
Bakı, 13 mart, AZƏRTAC
Ağdamın “Qarabağ” klubunun hücum tandemi Musa Qurbanlı və Ramil Şeydayevin Azərbaycan Premyer Liqasında vurduğu qolların sayı 35-ə çatıb. Bu, XXVI turun “Səbail”lə matçında baş verib.
AZƏRTAC Peşəkar Futbol Liqasına (PFL) istinadla xəbər verir ki, 3:0 hesablı qələbəyə bir topla töhfə verən M.Qurbanlı 18-ci dəfə fərqlənib. R.Şeydayevin aktivində 17 qol var.
Bu, 2008-ci ildən PFL-in bayrağı altında keçirilən Premyer Liqanın yeni rekordudur. Bunadək həmin dövrün ən məhsuldar cütlüyü Nikolas Kanales və Flavinyo idi. “Neftçi”nin üzvləri 2012-2013-cü il mövsümündə birlikdə 34 qola sevinmişdilər. Həmin vaxt Kanales 26, Flavinyo 8 dəfə rəqib qapısına yol tapıb.
“IronWind” açıq Azərbaycan turnirinin qalibləri bəlli olub
Türk mütəxəssis Qəbələ, Oğuz və Şəkidə voleybolçu qızların seleksiya məşqini izləyib
İstanbul derbisində "Qalatasaray" "Fənərbağça"nı məğlub edib
Taekvondo üzrə dünya çempionatının keçici bayrağı Azərbaycandan Çinə ötürülüb
Dünya Taekvondo Federasiyası Azərbaycan millisini mükafatlandırıb