Azərbaycan voleybolçusu üçüncü dəfə Macarıstan kuboku yarışlarının qalibi olub
Bakı, 13 mart, AZƏRTAC
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova Macarıstan kuboku yarışlarının qalibi olub.
AZƏRTAC Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, blokçunun çıxış etdiyi "Vaşaş" finalda "Bekeşçaba" ilə üz-üzə gəlib. Rəqibini 3:2 hesabı ilə üstələyən “Vaşaş” titula sahib çıxıb. A.Abduləzimova bu qarşılaşmada 14 xal qazanıb.
Qeyd edək ki, voleybolçumuz üçüncü dəfə Macarıstan kuboku yarışlarında qızıl medal əldə edib.
XTNS-dəki “Azərbaycan” pavilyonunda xarici diplomatların iştirakı ilə şahmat turniri keçirilib
“Mançester Siti” İngiltərə kubokunun qalibi olub
Azərbaycan kuboku: “Neftçi” - “Qəbələ” oyunu başlayıb
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Bakıda keçirilən dünya çempionatını izləyib
“Neftçi” və “Qəbələ” komandalarının start heyətləri açıqlanıb