×
A
A
A
Sazlamalar

Futzal üzrə millimizi Avropa çempionatının oyunlarına İlqar Aslanov çıxaracaq

Bakı, 13 mart, AZƏRTAC

Futzal üzrə Avropa çempionatının əsas mərhələsində iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı davam edir.
AZƏRTAC Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, komandanın hazırlıq prosesinə U-17-nin baş məşqçisi İlqar Aslanov rəhbərlik edir. Buna səbəb U-19-un baş məşqçisi Ağatahir Əzimovun səhhətində problemlərin yaranmasıdır. O, yaxın günlərdə cərrahiyyə əməliyyatı olunacaq. Komandanı Avropa çempionatının oyunlarına da İ.Aslanov çıxaracaq.
Qeyd edək ki, U-19 əsas mərhələdə Bosniya və Herseqovina, Fransa və Yunanıstanla eyni qrupda yer alıb. Bu qrupun oyunları martın 21-dən 26-dək Bosniya və Herseqovinanın Siroki Briyeq şəhərində keçiriləcək.

İdman 2023-03-13 11:57:00