×
A
A
A
Sazlamalar

Stolüstü tennisçilərimiz Rumıniyada beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər

Bakı, 13 mart, AZƏRTAC

Yeniyetmə stolüstü tennisçilərimiz Onur Quluzadə ilə Yağmur Məmmədli “Eurotalents Development Camp U-13” təlim-məşq toplanışı və turnirində iştirak etmək üçün Rumıniyanın Buxarest şəhərinə yola düşüblər.
AZƏRTAC Azərbaycan Stolüstü Tennis Federasiyasına istinadla xəbər verir ki, təmsilçilərimiz seçmə komandanın məşqçisi Elnur Hidayətzadənin rəhbərliyi ilə martın 19-dək keçiriləcək toplanışda bacarıqlarını artıracaqlar. Buxarest toplanışına Azərbaycan idmançıları ilə yanaşı, Türkiyə, İngiltərə, İtaliya, Almaniya, İspaniya, Fransa, İsveçrə, Belçika, Çexiya, Avstriya, Rumıniya, Bolqarıstan və Ukrayna təmsilçiləri də qatılıblar.
Qeyd edək ki, O.Quluzadə ilə Y.Məmmədli ötən il Çexiya, Macarıstan və Sloveniyada təşkil olunan seçim turlarındakı nəticələrə əsasən qitənin ən istedadlı idmançıları sırasında yer alıblar. Hər iki stolüstü tennisçimiz cari ildə daha 3 analoji toplanışda iştirak etmək hüququ qazanıblar.

İdman 2023-03-13 11:53:00