×
A
A
A
Sazlamalar

Akrobatika gimnastlarımız Portuqaliyada qızıl medal qazanıblar

Bakı, 13 mart, AZƏRTAC

Azərbaycan təmsilçiləri Portuqaliyanın Maya şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya kuboku yarışlarında qızıl medal qazanıblar.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət cütlük qarışıq hərəkətlər proqramında birinci olub.
Qeyd edək ki, idmançılar ötən il eyni yarışda bürünc medala sahib çıxıblar.

İdman 2023-03-13 10:49:00