×
A
A
A
Sazlamalar

Azərbaycan futbolçuları Latviya çempionatında debüt ediblər

Bakı, 13 mart, AZƏRTAC

Azərbaycan futbolçuları Nazim Həsənzadə və Ramin Nəsirli Latviya çempionatında “Dauqavpils” klubunun heyətində debüt ediblər.
AZƏRTAC xəbər verir ki, hər iki futbolçu Latviya çempionatının ilk turunda “Tukums 2000”la (0:1) matçda oynayıblar.
R.Nəsirli 88 dəqiqə, N.Həsənzadə isə 82 dəqiqə meydanda olublar.
Qeyd edək ki, N.Həsənzadə “Dauqavpils”ə “Turan Tovuz”dan, R.Nəsirli isə “Neftçi”dən keçib.

İdman 2023-03-13 01:38:00