×
A
A
A
Sazlamalar

“Sabah” basketbol klubu səfərdə “Olimpik Şəki”ni məğlub edib

Bakı, 12 mart, AZƏRTAC

Azərbaycan Basketbol Liqasında XXI tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turun son oyunu Şəki Olimpiya İdman Kompleksində keçirilib.
“Olimpik Şəki” doğma azarkeşləri önündə “Sabah”la üz-üzə gəlib. Əlavə vaxtın oynanıldığı gərgin idman mübarizəsinin sonunda Bakı təmsilçisi 86:80 hesabı ilə qələbə qazanıb.
Oyunda ən məhsuldar basketbolçular “Olimpik Şəki”dən Larri Robinson (36 xal, 9 ribaund), “Sabah”dan isə Entoni Patti (27 xal, 8 ribaund) olub.

İdman 2023-03-12 22:53:00