Boksçularımız Hindistanda dünya çempionatında iştirak edəcəklər
Bakı, 12 mart, AZƏRTAC
Martın 16-da Hindistanın paytaxtı Yeni Dehlidə qadın boksçular arasında dünya çempionatı start götürəcək.
AZƏRTAC xəbər verir ki, on gün davam edəcək mundialda Azərbaycan milli komandası da mübarizə aparacaq.
Baş məşqçi Yadigar Məmmədov və məşqçi İlkin Ağayevin rəhbərliyi altında 6 boksçumuz gücünü yoxlayacaq. Dünya çempionatının mükafatları uğrunda Günel Rəhimova (48 kq), Anaxanım İsmayılova (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (75 kq) rinqə çıxacaqlar.
Bu gün səfərə yollanan yığma martın 27-də Bakıya qayıdacaq.
Qeyd edək ki, 2,4 milyon ABŞ dolları mükafat fondu olan mundialın püşkü martın 15-də atılacaq. 77 ölkənin qatılacağı gözlənilən yarışın qalibi 100, finalçısı 50, bürünc medalçısı 25 min dollar qazanacaq.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir