Beyləqanda 18 min 134 hektarda taxıl becərilir
Beyləqan, 12 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Beyləqan rayonunda 2023-cü ilin məhsulu üçün 18 min 134 hektar sahədə taxıl əkilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib. Bildirilib ki, taxıl əkinlərinin 15 min 944 hektarı buğda, 2190 hektarı arpa əkini sahələridir.
Hazırda rayonda taxıl əkinlərinin becərilməsi müvəffəqiyyətlə həyata keçirilir. Fermerlər əkin sahəsindən bol məhsul götürmək üçün vegetasiya suvarması və yemləməmə gübrələrinin verilməsi kimi işləri aqrotexniki qaydada aparırlar.
Qeyd edək ki, Beyləqan rayonunda ötən ilin məhsulu üçün 11 min 231 hektarı buğda, 1887,8 hektarı arpa olmaqla, 13 min 118,8 hektar sahədə taxıl becərilib, zəmilərdən 49 min 510 ton məhsul əldə edilib.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb