×
A
A
A
Sazlamalar

Xəzər rayonunda evdə yanğın olub

Bakı, 11 mart, AZƏRTAC

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 180 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları 60 m² sahədə və ondulindən ibarət dam örtüyü 70 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Hadisə 2023-03-11 20:02:00