×
A
A
A
Sazlamalar

Millimiz Avropa çempionatına Tbilisidə hazırlaşır

Bakı, 11 mart, AZƏRTAC
On altı yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi Tbilisidə təlim-məşq toplanışında iştirak edir.
AZƏRTAC Azərbaycan Basketbol Federasiyasına istinadla xəbər verir ki, baş məşqçi Tahir Baxşıyevin rəhbərliyi altında ilk yoxlama oyununu keçirən millimiz “Zaza Pachulia Academy” komandasına 70:88 hesabı ilə məğlub olub. Hazırlıq prosesi martın 17-dək davam edəcək.
Qeyd edək ki, təlim-məşq toplanışı iyulun 19-27-də Kosovoda baş tutacaq Avropa çempionatına hazırlıq məqsədi daşıyır.

İdman 2023-03-11 17:54:00