“Azəriqaz” bu il qazlaşdırılacaq yaşayış məntəqələrinin sayını açıqlayıb
Bakı, 11 mart, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyinin (İB) abonentlərinin sayı 2 milyon 500 mini ötüb. Bu ilin iki ayında yeni qeydiyyata alınmış abonentlərin sayı 12 min 500 olub ki, buraya da qeyri-yaşayış və əhali abonentləri daxildir.
AZƏRTAC xəbər verir ki, bu sözləri İB-in Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov bildirib. Qurum rəsmisi “Açıq qapı”da, həmçinin cari ildə qazlaşdırılması nəzərdə tutulan yaşayış məntəqələrinin və yeni yaşayış massivlərinin sayını da açıqlayıb. O, bu rəqəmin 150-yə yaxın olduğunu qeyd edib.
Aksiyada çıxış edən İB-in Keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov mənzildaxili texniki müayinələrdən söz açıb. Şöbə rəisi bu istiqamətdə təlimlərin davam etdiyini və nəticələrin müsbət olduğunu bildirib.
İB-in Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev isə ilin ilk 2 ayında daxil olan müraciətlərin sayını açıqlayıb. Qurum rəsmisi müxtəlif yöndə olan 2 min 515 müraciətin operativ şəkildə cavablandırıldığını vurğulayıb.
® “Azercell Telekom” Heydər Əliyevin ən sevdiyi kitabları audio və elektron formatlarda təqdim edir
Bələdiyyə torpaqlarının idarəedilməsi sahəsində qarşıya çıxan məsələlər müzakirə olunub
Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin genişləndirilməsi əhəmiyyətlidir
Sahibkarlığın İnkişafı Fondu müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında müsabiqə keçirir
İqtisadiyyatda rəqəmsallaşmanın tətbiqi müasir dövrün tələbidir