×
A
A
A
Sazlamalar

Basketbol Liqası: “Gəncə” klubu “Sərhədçi”ni məğlub edib

Bakı, 11 mart, AZƏRTAC

Azərbaycan Basketbol Liqasında XXI turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Gəncə” doğma azarkeşləri önündə “Sərhədçi”ni qəbul edib. Gəncə Olimpiya İdman Kompleksində keçirilən görüş ev sahiblərinin 86:77 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunun ən məhsuldar basketbolçuları “Gəncə”dən Kollin Törner (24 xal, 6 ribaund), “Sərhədçi”dən isə Maykl Diqqins (32 xal, 13 ribaund) olublar.
Qeyd edək ki, XXI tura martın 12-də Şəkidə keçiriləcək “Olimpik” – “Sabah” oyunu ilə yekun vurulacaq.

İdman 2023-03-11 17:08:00