×
A
A
A
Sazlamalar

“Sumqayıt” ilə matç “Sabah”ın futbolçusu Seymur Məmmədov üçün əlamətdar olub

Bakı, 11 mart, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXVI turu çərçivəsində “Sumqayıt” ilə matç “Sabah”ın gənc yarımmüdafiəçisi Seymur Məmmədov üçün əlamətdar olub.
AZƏRTAC Bakı klubuna istinadla xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən matçın 90-cı dəqiqəsində Namik Ələskərovun əvəzinə meydana çıxan S.Məmmədov, cəmi iki dəqiqə sonra fərqlənib. Bu, futbolçunun “Sabah”ın heyətində vurduğu ilk qoldur. On doqquz yaşlı futbolçu buna komandada üçüncü rəsmi oyununda nail olub.
S.Məmmədov “Sabah” Futbol Akademiyasının yetirməsidir.
Qeyd edək ki, “Sumqayıt” ilə oyunda “Sabah” 4:0 hesabı ilə qalib gəlib.

İdman 2023-03-11 15:49:00