“Könüllü gömrükçü” dəstəsinin üzvlərinə sertifikatlar təqdim edilib
Bakı, 11 mart, AZƏRTAC
Martın 11-də Dövlət Gömrük Komitəsində (DGK) fəaliyyətlərini başa vuran 8-ci “Könüllü gömrükçü” dəstəsinin üzvlərinə sertifikatlar təqdim edilib.
DGK-dan AZƏRTAC-a bildirilib ki, bu məqsədlə “Könüllü gömrükçü” dəstəsinin üzvləri ilə görüşən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu gənclər siyasətinin, könüllülük hərəkatının formalaşması və inkişafına göstərilən dəstəyin gənc nəslin layiqli vətəndaş, hərtərəfli biliklərə malik olan mütəxəssis kimi yetişməsindəki rolundan danışıb. Könüllü gömrükçülərin Dövlət Gömrük Komitəsinin müxtəlif struktur bölmələrində, eləcə də onların iqtisadi həyatda, sosial və ekoloji istiqamətlərdə fəaliyyətlərinin əhəmiyyəti vurğulanıb.
Könüllü gömrükçülər çıxış edərək gənclərin hərtərəfli inkişafına mühüm imkanlar yaradan könüllülük hərəkatının formalaşdırılmasına görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.
Sonda 8-ci “Könüllü gömrükçü” dəstəsinin üzvlərinə sertifikatlar təqdim edilib.
Bələdiyyə torpaqlarının idarəedilməsi sahəsində qarşıya çıxan məsələlər müzakirə olunub
Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin genişləndirilməsi əhəmiyyətlidir
Sahibkarlığın İnkişafı Fondu müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında müsabiqə keçirir
İqtisadiyyatda rəqəmsallaşmanın tətbiqi müasir dövrün tələbidir
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir