×
A
A
A
Sazlamalar

Britaniya hökuməti rusiyalıların Olimpiadada iştirakına yol verməməyə çağırıb

Bakı, 11 mart, AZƏRTAC

Böyük Britaniya hökuməti Olimpiadanın sponsorlarına ünvanladığı məktubda rusiyalı və belaruslu idmançıların hətta neytral statusda olsa belə, Parisdə keçiriləcək yay oyunlarında iştirakına yol verməmək uçun Beynəlxalq Olimpiya Komitəsinə təzyiq göstərməyə çağırıb.
AZƏRTAC “The Guardian” nəşrinə istinadla xəbər verir ki, məktubda Rusiya və Belarusda idman və siyasətin bir-biri ilə sıx bağlı olduğu və bu ölkələrə idmandan təbliğat vasitəsi kimi istifadə etməyə imkan verilməməsinin vacibliyi vurğulanır.
Beynəlxalq Olimpiya Komitəsi Rusiya və Belarus atletlərinin Paris Yay Olimpiya Oyunlarına buraxılıb-buraxılmaması məsələsi barədə hələlik yekun qərar qəbul etməyib. Təşkilat, eyni zamanda, onların oyunlarda neytral statusda çıxış etməsinin yollarını axtarır.

İdman 2023-03-11 13:41:00