×
A
A
A
Sazlamalar

Fransalı gimnast Kolin Devillar dünya kuboku yarışlarında birinci olub

Bakı, 11 mart, AZƏRTAC

Fransalı idman gimnastı Kolin Devillar Bakıda keçirilən dünya kuboku yarışlarında birinci olub.
AZƏRTAC xəbər verir ki, qadınlar arasında dayaqlı tullanma yarışlarının finalında K.Devilların çıxışı hakimlər tərəfindən 13,683 xalla qiymətləndirilib.
Özbəkistanlı Olimpiya çempionu, üçqat dünya çempionu Oksana Çusovitina (13,433 xal) və çinli Linmin Yu (13,383 xal) ilk üçlükdə yer alıblar.
Martın 12-də yekun vurulacaq turnirdə rekord sayda - 49 ölkədən 173 idmançı iştirak edir.
Dünya kuboku yarışlarının yekununda ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.

 

İdman 2023-03-11 13:31:00