×
A
A
A
Sazlamalar

Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışları davam edir

Bakı, 11 mart, AZƏRTAC

Milli Gimnastika Arenasında idman gimnastikası üzrə dünya kuboku yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, turnirin üçüncü günündə kişilər sərbəst hərəkətlər, paralel qollar, halqalar, qadınlar isə dayaqlı tullanma və müxtəlif hündürlüklü qollar üzrə final yarışlarında güclərini sınayacaqlar.
Milli komandamızın üzvü Nikita Simonov halqalar üzrə final yarışlarında iştirak edəcək.
Turnirdə rekord sayda - 49 ölkədən 173 idmançı iştirak edir.
Dünya kuboku yarışlarının yekununda ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.

İdman 2023-03-11 12:23:00