×
A
A
A
Sazlamalar

Azad olunan ərazilərdə əhali alternativ enerji mənbələrindən alınan enerji ilə təmin ediləcək

Zəngilan, 11 mart AZƏRTAC

İşğaldan azad edilən ərazilərdə əhalinin təbii qazla təminatı məhdud qaydada həyata keçiriləcək. Bu ərazilərdə yaşıl enerji potensialı kifayət qədər böyük olduğu üçün əhali alternativ enerji mənbələrindən alınan elektrik və istilik enerjisi ilə təmin olunacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” İşçi Qrupunun Zəngilan rayonunun Ağalı kəndində keçirilən iclasında deyib. O bildirib ki, BP şirkəti Cəbrayıl rayonunda 240 Mqv gücündə günəş elektrik stansiyası tikəcək. Stansiyanın tikiləcəyi ərazilər minalardan tam olaraq təmizlənib və mütəxəssislər əraziyə baxış keçiriblər.
Nazir müavini onu da diqqətə çatdırıb ki, Kəlbəcər rayonu da 180 Mvt-lıq təmiz enerji potensialına malikdir və bu işlərin həyata keçirilməsi üçün rayona investisiyaların cəlb olunması istiqamətində işlər davam edir.

İqtisadiyyat 2023-03-11 12:25:00