×
A
A
A
Sazlamalar

İşğaldan azad edilən ərazilərdə yaradılacaq “Yaşıl enerji zonası” böyük potensiala malikdir

Zəngilan, 11 mart, AZƏRTAC

İşğaldan azad edilən ərazilərdə yaradılacaq “Yaşıl enerji zonası” böyük potensiala malikdir və bu potensialdan istifadə edib ekoloji cəhətdən təmiz enerji istehsal etmək mümkündür.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (BOEMDA) direktoru Cavid Abdullayev deyib. O bildirib ki, yaradılacaq “Yaşıl enerji zonasında” 380 Mvt gücündə su, 7200 Mvt gücündə günəş və 2000 Mvt külək enerjisi istehsal etmək potensialı var.
Artıq Ağalı kəndinə qayıdan ailələrin evlərinin damında günəş panelləri quraşdırılıb və onlar günəşdən alınan ekoloji cəhətdən təmiz elektrik enerjisindən istifadə edirlər.
“Yaşıl enerji zonası” böyük potensiala malik olduğu üçün xarici sərmayədarlar enerji istehsalı üçün sərmayə yatırmaqda maraqlıdırlar. Bir sıra xarici şirkətlə bu istiqamətdə danışıqlar aparılır.

İqtisadiyyat 2023-03-11 12:08:00