Azərbaycanın işğaldan azad edilən ərazilərində ekoloji cəhətdən təmiz enerji istehsalına daha çox üstünlük verilir
Zəngilan, 11 mart, AZƏRTAC
Azərbaycanın işğaldan azad edilən ərazilərində ekoloji cəhətdən təmiz enerji istehsalına daha çox üstünlük verilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Energetika Nazirliyinin nümayəndəsi Ələsgər Həsənov deyib.
Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” üzrə İşçi Qrupunun Ağalı kəndində keçirilən iclasında çıxış edən Ə.Həsənov nəzərə çatdırıb ki, işğaldan azad edilən ərazilərdə 37 kiçik Su Elektrik Stansiyası (SES) inşa ediləcək. Bu SES-in ümumi gücü 240 meqavat olacaq ki, bu da kənd və qəsəbələri elektrik enerjisi ilə təmin edəcək.
Onun sözlərinə görə, yeddi elektrik stansiyasının sınaqdan keçirilməsi üzrə işlər aparılır və onlar yaxın gələcəkdə istismara veriləcək. Artıq Cəbrayıl rayonunda 69/110 kilovat gücə malik yarımstansiya istismara verilib. Eyni zamanda, 110 kilovat gücə malik üç yarımstansiyanın və 330 kilovat gücə malik bir yarımstansiyanın tikintisi üzrə işlər davam edir və cari ilin sonunadək yarımstansiyaların tikintisi üzrə işlərin başa çatdırılması planlaşdırılıb.
Ə.Həsənov deyib ki, Zəngilan rayonunda Oxçuçay çayında hər biri 10,5 meqavat gücə malik dörd, Laçın rayonunda isə 3 SES-in yenidən qurulması işləri aparılır. Ümumilikdə regionda 19 SES-in təmir edilməsi planlaşdırılıb.
® “Azercell Telekom” Heydər Əliyevin ən sevdiyi kitabları audio və elektron formatlarda təqdim edir
Bələdiyyə torpaqlarının idarəedilməsi sahəsində qarşıya çıxan məsələlər müzakirə olunub
Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin genişləndirilməsi əhəmiyyətlidir
Sahibkarlığın İnkişafı Fondu müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında müsabiqə keçirir
İqtisadiyyatda rəqəmsallaşmanın tətbiqi müasir dövrün tələbidir