×
A
A
A
Sazlamalar

Ağdamda və Taxtakörpü qəsəbəsində ağacəkmə aksiyaları keçirilib

Ağdam, 11 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağdam rayonunda və Ağcabədinin Taxtakörpü qəsəbəsində “Heydər Əliyev ili” çərçivəsində ağacəkmə aksiyaları keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdamda aksiya zamanı Quzanlı-Hindarx avtomobil yolunun Üçoğlan kəndi ərazisindən keçən hissəsində 150 ədəd çinar ağacı, laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində isə 200-dən çox Eldar şamı əkilib. Yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib.

Regionlar 2023-03-11 00:04:00