×
A
A
A
Sazlamalar

Türkiyənin Ali Seçki Şurası prezident seçkilərinin mayın 14-də keçirilməsini təsdiqləyib

Bakı, 10 mart, AZƏRTAC

Türkiyənin Ali Seçki Şurası ölkədə prezident seçkilərinin mayın 14-nə təyin edilməsi ilə bağlı Prezidentin qərarını təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə xəbər hökumət qəzeti “Resmi Gazete”də dərc olunub.
Prezident seçkilərinin ikinci turu keçiriləcəyi təqdirdə, bu, mayın 28-də baş tutacaq.

Dünya 2023-03-10 23:53:00