×
A
A
A
Sazlamalar

Horadizdə ağacəkmə aksiyasında şam və meşə ağacları əkilib

Füzuli, 10 mart, Aydın Yavərzadə, AZƏRTAC

Füzuli rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ağacəkmə aksiyası Füzuli Rayon İcra Hakimiyyətinin və YAP Füzuli rayon təşkilatının birgə təşkilatçılığı reallaşıb. Horadiz şəhəri ərazisində gerçəkləşən aksiyada rayon icra hakimiyyətinin, YAP Füzuli rayon təşkilatının əməkdaşları, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Aksiya zamanı 100 ədəd şam ağacı, 50 ədəd meşə ağacı əkilib, yeni əkilmiş ağaclara lazımi aqrotexniki qulluq göstərilib.

Regionlar 2023-03-10 20:52:00