×
A
A
A
Sazlamalar

“Kəpəz” – “Zirə” oyunu qollu heç-heçə ilə yekunlaşıb

Bakı, 10 mart, AZƏRTAC

“Kəpəz” – “Zirə” oyunu ilə futbol üzrə Azərbaycan Premyer Liqasının XXVI turuna start verilib.
AZƏRTAC xəbər verir ki, turun ilk matçında qalib müəyyənləşməyib – 1:1.
Gəncə şəhər stadionunda oynanılan matçda “Kəpəz”in heyətində Fərid Nəbiyev, rəqib komandadan isə Hamidu Keyta fərqləniblər.
Hesabındakı xalların sayını 37-yə çatdıran “Zirə” dördüncü pillədəki mövqeyini möhkəmlədib. Aktivində 21 xalı olan Gəncə təmsilçisi yeddinci pillədə qərarlaşıb.
Günün digər görüşündə "Sabah" "Sumqayıt"ı qəbul edəcək.
Qeyd edək ki, turun digər oyunları - “Turan Tovuz” - “Qəbələ”, “Qarabağ” - “Səbail” martın 11-də, “Şamaxı” – “Neftçi” isə ayın 12-də keçiriləcək.

İdman 2023-03-10 20:41:00