×
A
A
A
Sazlamalar

I Lənkəran kitab sərgisinə start verilib

Lənkəran, 10 mart, İlkin Adıyev, AZƏRTAC
Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində Azərbaycan Nəşriyyatları Assosiasiyası, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Lənkəran-Astara Regional Təhsil İdarəsi və Lənkəran şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə I Lənkəran kitab sərgisinə start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, üç gün davam edəcək kitab sərgisi çərçivəsində tanınmış yazıçıların imza saatları, konsert proqramları, təqdimatlar, şeir gecələri, uşaqlar üçün nağıl saatları və master-klaslar təşkil olunacaq.
Ölkənin aparıcı nəşriyyatlarının iştirakı ilə baş tutan sərgidə 90 faizədək endirimlər tətbiq olunacaq.

Regionlar 2023-03-10 19:34:00